ISB icbari sığortanın inkişafı üzrə təkliflər hazırlayır
İcbari sığorta sığorta bazarının lokomotivinə çevrilib. İcbari Sığorta Bürosu icbari sığortanın inkişafı üzrə təkliflər hazırlayır, deyə VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) çıxışı zamanı qurumun icraçı direktoru Elxan Quliyev bildirib.
«Bu seqmentin səmərəliliyi artırılmalı, sığorta xidməti səviyyəsi yüksəldilməlidir», - deyə o bildirib. Ötən il ölkədə 3 mln daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Bunun 10%-i sığortalanıb. Avtomobil sığortasında da oxşar vəziyyət var. 1 mln 245 min avtonəqliyyat vasitəsinin yarısı sığortalanıb. Onun sözlərinə görə, bu, çox aşağı göstəricidir. İSB yaxın 2 ildə sığorta səviyyəsini 90-95%-ə çatdırmaq istəyir.
Ekspertlərin fikrincə, bunun üçün avtonəqliyyat vasitələri və daşınmaz əmlak sahiblərinin sığorta polisindən təkrar imtinası zamanı cərimədən qaçmağına imkan verən qanunvericilikdəki nöqsanlar aradan qaldırılmalıdır. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz