ABŞ və Rusiyanın sabiq səfirləri Azərbaycandakı vəzifəsini itirib
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza və onun rusiyaslı həmkarı Vasili İstratov “Teymur Əhmədov adına AzNar” QSC-nin Direktorlar Şurasının üzvü vəzifəsindən azad edilib. Bu barədə qərar ümumi yığıncaqda qəbul edilib. Şirkətin səhmlərinin 99,94%-i RF-də yaşayan milyarder Fərhad Əhmədova məxsusdur.
Ümumi yığıncaqda “Teymur Əhmədov adına AzNar” QSC-nin Direktorlar Şurasının ləğvi barədə qərar qəbul edilib. Qanunvericiliyə əsasən, təsisçi sayı 50-dən az olan şirkətlərdə Direktorlar Şurası olmaya bilər. Direktorlar Şurasına sabiq səfirlərdən başqa Fərhad Əhmədov və Kristos Arvanitakis də daxil idi.
Mətbuatda açıqlanan 2014-cü il üçün hesabatda bildirilir ki, ötən il nar və meyvə şirkəsi istehsal edən şirkətin 32,4 min manat mənfəəti olub. Mənfəət vergisi ödəniləndən sonra qalan 23,3 min manat dividendlərə yönəldilib.
Ötən il SC özünün 1511 ədəd səhminin 1-i 25 manata alıb. Ümumi yığıncaqda həmçinin qərara alınıb ki, bu səhmlər satılsın.
Dövriyyədə “Teymur Əhmədov adına AzNar” QSC-nin nominal qiyməti 30 mln manat olan 15 mln səhmi var. Bu QSC “AzNar” QSC-də 1614787 ədəd (99,52%) səhm sahibidir. 08B
-
- İqtisadiyyat
- 2 İyul 2015 14:55
-
- İqtisadiyyat
- 2 İyul 2015 15:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz