Yarım ildə AVSMMİS üzrə 12 mln manat ödənilib
İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 11 mln 898,85 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə mənfi 6%) sığorta ödənişi edib.
İSB-dən verilən məlumata görə, iyunda bu göstərici 1758 hadisə üzrə 2 mln 235,47 min manat təşkil edib. Bunun çoxu (1653 tələb üzrə 2 mln 4,54 min manat) nəqliyyat vasitəsinə dəyən zərərə görə ödənişdir.
AVSMMİS üzrə polislər 16 dekabr 2011-ci ildən satılır. Əmlaka dəyən ziyana görə sığorta məbləği 5 min manat, bir nəfərin sağlamlığına dəyən ziyana görə 5 min manatdır.
İcbari Sığorta Bürosu 16 dekabr 2011-ci ildə yaradılıb. Hazırda 15 üzvü var. Bunun 11-i AVSMMİS üzrə xidmət göstərir. --17D—
-
- İqtisadiyyat
- 2 İyul 2015 15:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz