ISB üzvləri 74 mln manat sığorta haqqı toplayıb
İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2015-ci il sentyabrın 1-i üçün 74 mln 157,67 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə + 29,1%) sığorta haqqı toplayıb.
İSB-nin məlumatına görə, mükafatların çoxu AVSMMİS (53 mln 14,78 min manat), daşınmaz əmlakın icbari sığortası üzrədir (20 mln 799,33 min manat, +82,3%).
Daşınmaz əmlak sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə 258,93 min manat, sərnişinlərin sığortası üzrə 84,63 min manat (mənfi 2,1%) sığorta haqqı toplanıb.
İcbari Sığorta Bürosu 16 dekabr 2011-ci ildə yaradılıb. Hazırda 15 üzvü var. Onların 12-si bu növlər üzrə xidmət göstərə bilər.
“İcbari sığorta növləri haqqında» qanun 4 icbari sığorta növünə şamil edilir. Bunlar avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın sığortası, daşınmaz əmlak istifadəsi zamanı mülki məsuliyyətin sığortası, sərnişinlərin sığortasıdır.
Büroya üzvlük haqqı 200 min manat, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlak sahiblərinin məsuliyyətinin icbari sığortası üçün birdəfəlik depozit 100 min manatdır. Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası üzrə birdəfəlik depozit hərəyə 200 min manatdır. --17D—
-
- İqtisadiyyat
- 3 Sentyabr 2015 14:53
-
- İqtisadiyyat
- 3 Sentyabr 2015 15:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz