Isidicilər olmadığı üçün yarımstansiyada yanğın
Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonunda "Bakıelektrikşəbəkə" ASC-yə məxsus 214 saylı yarımstansiyanın ərazisində yanğını söndürüb.
Ümumi sahəsi 200 kv.m olan tikilinin içərisində quraşdırılmış gücü 6 kVt olan transformatorun çıxış kabeli 1 p.m yanıb. Rəsmi versiyaya görə, yanğına səbəb axşamlar qızdırıcıların qoşulması üzündən enerjiyə tələbatın artmasıdır.
Ekspertlərə görə, belə hallara səbəb binaların qızdırılmamasıdır. Əhali evləri qızdırmaq üçün elektrik enerjisindən istifadə edir.
İsitmə mövsümü 15 noyabrda başlayır. Amma temperatur düşdüyü üçün əhali elektrik sobalarından istifadə edir.
«Azəristiliktəchizat»da Turan-a bildiriblər ki, isitmə mövsümünə hazırdırlar. «Avadanlıq istismara hazırdır. Vaxtından əvvəl evlərin qızdırılması üçün Bakı ŞİH-nin sərəncamı lazımdır. Bunun üçün orta günlük temperatur 8 dərəcədən az olmalıdır. Əks halda mövsüm cədvəl üzrə başlayacaq». Amma şəhərin neçə faizinin isitmə sistemi ilə təchiz edildiyi batədə suala cavab verməyiblər. --17D—
-
- İqtisadiyyat
- 12 Noyabr 2014 12:41
-
- Cəmiyyət
- 12 Noyabr 2014 13:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz