İsmayıllı rayonunda prioritet sahələr müəyyənləşdirilib
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İsmayıllı rayonunda biznes strukturlarının maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyən edib.
Fondun məlumatında deyilir ki, burda 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, ixtisaslaşdırılmış "yaşıl market"in, fermer mağazalarının, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının; fermer mağazalarının və pendir istehsalı müəsssisəsinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədəuyğun hesab edilir.
Elanda bildirilir ki, sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilərlər. SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. Kreditlər 47 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. --17D—
-
- İqtisadiyyat
- 16 Dekabr 2014 13:33
-
- Siyasət
- 16 Dekabr 2014 14:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz