İspaniyanın işgüzar nümayəndə heyəti Bakıya gəlir
26 aprel 2016-cı il tarixində Bakı Biznes Mərkəzində 20 ispan şirkətinin iştirakı ilə biznes forumu keçiriləcək, deyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Turan-a bildiriblər.
İspaniya şirkətləri tikinti, nəqliyyat, enerji, sənaye, qida, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, konsaltinq və digər sahələri əhatə edir.
Biznes forumu İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqallonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilir.
Gömrük Komitəsinin məlumatına görə, bu ilin I rübündə Azərbaycanla İspaniya arasında əmtəə dövriyyəsi il ərzində $100 mln azalaraq $37,8 mln təşkil edib. İspaniya ($11,7 mln) bu dövrdə ixracı 17% artırıb, Azərbaycan neftin ucuzlaşması ilə bağlı ixracı qiymət ifadəsində 80% azaldıb. 08D
-
- İqtisadiyyat
- 19 Aprel 2016 13:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz