İstehlak qiymətləri 10,8% artıb
Bu ilin I rübündə Azərbaycanda istehlak qiymətləri illik hesablamada (2015-ci ilin eyni dövrü ilə müqayisədə) 10,8% artıb, deyə Dövlətstatkom bildirir.
Manatın devalvasiyası, eləcə də başqa iqtisadi amillər inflyasiya səviyyəsinə də təsir edib. Manat ABŞ dollarına nisbətən iki dəfə qiymətdən düşəndən sonra ərzağın qiyməti 13,1%, qeyri-ərzaq malları 15,2%, əhaliyə pullu xidmətlər 4% bahalanıb. Dövlətstatkomda belə hesablayıblar.
Təkcə martda fevralla müqayisədə qiymətlər 0,4% bahalanıb. Ərzağın qiyməti 0,3%, qeyri-ərzaq malları və əhaliyə pullu xidmətlərin qiyməti 0,5% artıb.
Bu yaxınlarda Beynəlxalq Valyuta Fondu 2016-cı ildə Azərbaycanda 12,8% inflyasiya olacağı barədə proqnozunu açıqladı.
2015-ci ildə ölkədə rəsmi inflyasiya 4% olub. 08D
-
- İqtisadiyyat
- 16 Aprel 2016 13:56
-
- Cəmiyyət
- 16 Aprel 2016 14:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz