İstismara verilən mənzillərin 92%-i vətəndaşların payına düşür
2016-cı ildə ölkə vətəndaşları şəxsi vəsaitləri hesabına ümumi sahəsi 1 mln 544,6 min kv metr olan 11,2 min yaşayış evi tikiblər. Bu, istismara verilən mənzillərin 92%-dir, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Ötən il Azərbaycanda ümumi sahəsi 1677,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib. Bunun 78,6 min kvadrat metri məcburi köçkünlər üçün tikilmiş evlərin payına düşür.
2016-cı ildə mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 683,5 milyon manat, o cümlədən dövlət vəsaitinin payı 47,5 milyon manat olub.. 08D
-
- İqtisadiyyat
- 11 Fevral 2017 13:12
-
- Cəmiyyət
- 11 Fevral 2017 13:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz