İsveçrənin maliyyə şirkəti Bakıda nümayəndəlik açıb
Azərbaycanda “Private Asset Partners AG” (İsveçrə) şirkətiin nümayəndəliyi açılıb. Şirkət özəl kapitalın idarə edilməsi üzrə ixtisaslaşıb.
Rəhbəri Rofel Qurbanov olan nümayəndəlik 17 oktyabrda qeydiyyata alınıb.
“Private Asset Partners AG” 2000-ci ildən fəaliyyət göstərir. O, müştərilərin aktivlərinin idarə edilməsi, «private banking», “ailə ofisi” formatında maliyyə, məsləhət və başqa xidmətlər göstərir, eləcə də müxtəlif fərdi maliyyələşmə sxemi hazırlamağa kömək edir. Azərbaycan vətəndaşları İsveçrə hüquqi ünvanlı şirkətlər, fondlar, trastlar, ofşor şirkətlər yaratmaq, idarə etmək imkanı qazanır.
Private Asset Partners İsveçrənin çirkli pulların yuyulması üzrə qanununun 24-ci maddəsinə uyğun fəaliyyət göstərən PolyReg təşkilatının üzvüdür. Həmçinin PolyAsset həmkarlar ittifaqının üzvüdür. Şirkətin korporativ saytında (http://www.paps.ch/ch/r/werwirsind.html) deyilir ki, şirkət İsveçrə Konfederasiyasının maliyyə bazarlarına nəzarət komissiyasının 2009/1 sərəncamı ilə təsdiqlənmiş aktivlərin fəaliyyətinin idarə edilməsi məcəlləsinə uyğun işləyir.. 08B
-
- Cəmiyyət
- 14 Noyabr 2014 17:27
-
- İqtisadiyyat
- 14 Noyabr 2014 17:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz