MDB bank konfransı başlayıb
Üç günlük VII Bakı Beynəlxalq Bank konfransı başlayıb. Tədbirin təşkilatçıları MDB-nin Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq Bankıdır (ABB).
Konfransda MDB ölkələri arasında strateji maliyyə-investisiya əməkdaşlığının inkişafı, dünyada baş verən siyasi və iqtisadi burulğanlıq şəraitində MDB ölkələrinin maliyyə bazarları arasında qarşılıqlı fəaliyyətin xüsusiyyətləri, MDB ölkələrində uzunmüddətli kredit resurslarının mənbələri, dünya və milli ödəniş sistemlərinin tətbiqi zamanı risklər və imkanlar arasında balans, MDB ölkələrinin maliyyə bazarlarının inteqrasiyasında üzv ölkələrin mərkəzi banklarının rolu, dünya ödəniş infrastrukturunun inkişafına təsir edən hərəkətverici faktorlar, bazarda mövcud olan pul köçürmələri və ödəniş sistemində əsas problemlər, pul köçürmələri və ödəniş bazarlarının gələcəyi-yeni oyunçu və texnologiyalar, eləcə də inkişaf yolları və s. mövzular da əsas müzakirə obyekti olacaq. --17D—
-
- İqtisadiyyat
- 14 Noyabr 2014 17:33
-
- Siyasət
- 14 Noyabr 2014 17:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz