İtaliyalılar «Azərkimya» müəssisələrinin modernləşdirilməsini $300 milyon həcmində dəyərləndiriblər
“Azərkimya” İstehsalat Birliyinin tərkibinə daxil olan müəssisələrin modernləşdirilməsi üzrə işlər $300 mln. həcmində dəyərləndirilir. Bunu jurnalistlərə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.
“Modernləşdirilmə üzrə işlərə artıq başlanılıb və 2018-2019-cu illərdə başa çatmalıdır. Layihənin reallaşmasına İtaliyanın Technip Italy şirkəti cəlb edilib. İşlər $300 mln. həcmində dəyərləndirilir”, - T.Qəhrəmanov deyib.
Onun sözlərinə görə, “Azərkimya” İB-nin “Etilen-polietilen” zavodu SOCAR Polymer şirkətinin Sumqayıtda inşa etdiyi yüksək sıxlıqlı polietilen və polipropilen istehsalı üzrə yeni zavodları xammal (etilen və propilen) ilə təchiz edəcək.
“Etilen-polietilen zavodunda “EP-300” qurğusu köhnəldiyindən onun səmərəli işini təmin etmək üçün modernləşdirilməlidir”, - vitse-prezident vurğulayıb.
Xəbər verildiyi kimi, Technip Italy “Etilen-polietilen” zavodunun yenidən qurulması layihəsi çərçivəsində müfəssəl mühəndislik işlərinin icrası və təchizatın dəstəklənməsi üzrə “Azərkimya”İB-nin podratçısı kimi cəlb edilib.
Qeyd edək ki, ildə 180 min ton gücündə polipropilen və 120 min ton gücündə yüksək sıxlıqlı polietilen zavodlarının işə salınması 2018-ci ildə planlaşdırılır.–12D--
-
- İqtisadiyyat
- 13 May 2016 11:48
-
- Siyasət
- 13 May 2016 12:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz