Azərbaycan qaz layihələri üçün $7 mlrd kredit cəlb etmək istəyir
"Cənub qaz dəhlizi" QSC $7 mlrd investisiya cəlb etmək niyyətndədir, deyə SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu məqsədlə bir neçə bankla iş aparılır.
"Cənub qaz dəhlizi" QSC artıq avrobondlar yerləşdirməklə $1 mlrd cəlb edib. İlin sonuna kimi daha $1,5 mlrd cəlb ediləcəyi gözlənilir. Bu məqsədlə Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı ilə müzakirələr davam edir. Ümumilikdə, QSC tərəfindən Cənub Qaz Dəhlizi layihələrinə 7 mlrd. dollara qədər uzunmüddətli, aşağı faizli kreditlərin cəlb edilməsi planlaşdırılır", - deyə Abdullayev qeyd edib.
Turan-ın hesablamasına görə, "Cənub qaz dəhlizi" QSC-nin ümumi öhdəlikləri 2020-ci ilə kimi $11 mlrd-dır. 2016-cı ilin əvvəlinədək “Şahdəniz-2” çərçivəsində $5 mlrd, TANAP kəmərinin tikintisi üçün $1 mlrd, ТАР layihəsi üzrə 600 mln avro xərclənib.
* "Cənub qaz dəhlizi" QSC Azərbaycan prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında yaradılan, səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir. –12В--
-
- Siyasət
- 13 May 2016 11:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz