İtaliyanın Snam şirkəti TAP layihəsində 20% pay almaq istəyir
İtaliyanın qaz nəqli ilə məşğul olan “Snam” şirkəti Azərbaycan qazını Avropaya çatdırmalı olan Transadriatik Qaz Kəmərinin (TAP) tikintisi layihəsində 20 faizədək pay sahibi olmaqda maraqlıdır, deyə “Snam” şirkətinin icraçı direktoru Karlo Malakarne bəyanat yayıb. Bu barədə Reuters məlumat verir.
K.Malakarnenin sözlərinə görə, qaz idxalçılarının Azərbaycan qazının satın alınmasına dair uzunmüddətli müqavilələr bağlaması faktı bu layihənin səmərəli olacağının göstərir və “Snam” kimi oyunçuların bu layihəyə qoşulması üçün geniş imkanlar açır.
"Biz bu layihədə 20 faiz paya sahib olmaq istərdik” - deyə K.Malakarne Parisdə keçirilən Ümumdünya qaz konfransı zamanı “Reuters” agentliyinə bildirib.
ТАР layihəsi "Cənub qaz dəhlizi"nin bir hissəsidir. —0—
-
- İqtisadiyyat
- 5 İyun 2015 13:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz