İyul ayinda ərzaq məhsullarin qiyməti dəyişməz olaraq qalib

 

İyul ayında paytaxtda və eləcədə respublikanın digər iri şəhərlərində ərzaq məhsullarının qiyməti dəyişməz olaraq qalıb. Ötən ilin müvafiq dövrü ilə müqaisədə qiymətlər orta hesabla-1,8% qalxıb, ilin əvvəli ilə müqaisədə isə qiymətlərdə-2,5% ucuzlaşma qeydə alınmışdır. Son bir ayda mövsümlə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarının qiymətlərində cəmi 5% ucuzlaşma qeydə alınmışdır. 

Ekspertlər mövsümi kənd təsərrüfatı məhsullarının ötən ilə nisbətən daha baha satıldığını vurğulayırlar. Məhsulldarlığın ötən ilə nisbətən heçdə pis olmadığını vurğulayan fermerlərdən biri vəziyyəti belə şərh etdi “ Bu il məhsuldarlıq kifayət qədər yaxşıdır, sadəcə olaraq məhsulun bazara çatdırılmasına çəkilən xərclərin ötən ilə nisbətən daha, baha başa gəlməsi, bazarda məhsulu daha ucuz qiymətə satmağa imkan vermir.” Yaxın günlərdə qiymətlərdəki sabitliyin davam edəcəyi proqnozlaşdırılır. 

 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti