İyul ayinda imb-da qiymətlər 0,9% artib
İyul ayında İlkin Mənzil Bazarında (İMB) qiymətlər orta hesabla 0,9% artıb. Mütəxəssislərin hesablamalarına görə hal-hazırda İMB-da orta qiymət indeksi 1 kv.metr üçün 873 manatdan daha yuxarıdır. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin hesablamalarına görə, ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 3,1%, ötən ilə nisbətən isə 10,2% artımla yadda qalıb. 2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə qiymət azalması 26% təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə qiymət artımı ötən aydakı 4% qarşı 5,3% olub.
İyul ayında qiymətlərlə yanaşı, aktivlik əmsalında və bağlanan əqdlərin dinamikasında da yüksələn tendensiya müşahidə edilmişdir. Ay ərzində ən cəlb edici rayonlar Yasamal, Xətai və Nəsimi rayonları оlmuşdur. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı bazarın 2/3 hissəsini təşkil edib. Digər rayonlar üzrə tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.Tikinti şirkətlərin sayı ötən aya nisbətdə 131-dən 129 -a düşüb. Araşdırmalar zamanı məlum olub ki, alıcı aktivliyinin əsas hissəsi bağlanmış müqavilələr üzrə əsasən 3 otaqlı mənzillərdə qeydə alınıb. Beləliklə, iyul ayında satılan yeni mənzillərin təxminən 40,2%-i 3 otaqlıların, 30,2%-i 2 otaqlıların, yerdə qalan 29,6 %-i isə digər 1, 4 və 5 otaqlıların payına düşüb.
Ekspertlər son aylarda Təkrar Mənzil Bazarında olduğu kimi İlkin Mənzil Bazarındada qiymətlərin bahalaşmasını əsasən bazardakı alıcılıq qabiliyyətinin artması ilə əlaqələndirirlər. Xüsusilədə son aylarda paytaxtda davam edən tikinti-quruculuq işləri və infrastruktur dəyişikliklər İlkin Mənzil Bazarınada təsirsiz ötüşməyib. Nəticədə, bağlanan əqdlərin sayında artım müşahidə olunub. Lakin . mütəxəssislər hələdə, İMB-da satışa çıxarılan mənzillərin real qiymətləndirməni əks etdirmədiyini söyləyirlər. Yaxın günlərdə Bazardakı aktivliyin bu templə davam edəcəyi, qiymətlərin isə nisbətən bahalaşmağa meyilli olacağı proqnozlaşdırılır.
İqtisadiyyat
-
Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 2024-cü ildə 126,3 milyard manat təşkil edərək, əvvəlki illə müqayisədə 3 milyard manat və ya 2,4% artım göstərib. Bu barədə məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb. 2023-cü ildə nominal ÜDM 123 milyard manat səviyyəsində idi.
-
Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, 2024-cü il dekabrın 1-nə olan vəziyyətə əsasən, Azərbaycanda muzdlu işçilərin ümumi sayı 1,775 milyon nəfər təşkil edib ki, bunun 884,400 nəfəri dövlət sektorunda, 890,900 nəfəri isə qeyri-dövlət sektorunda çalışır. Bu göstərici yeddi il əvvəl hökumətin qarşıya qoyduğu iddialı hədəflərdən xeyli aşağıdır və xüsusilə gənclər arasında məşğulluq imkanları ilə bağlı narahatlıqları artırır.
-
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri 2024-cü ilin yanvar-noyabr aylarında dünyanın 176 ölkəsindəki tərəfdaşlarla ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac edib, 167 ölkədən isə idxal edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
-
Pərakəndə ticarət dövriyyəsi 2024-cü ildə real ifadədə 3,9% artaraq 62,2 milyard manata çatıb, Dövlət Statistika Komitəsinin məlumatı göstərir. Ərzaq məhsulları, içkilər və tütün məmulatları 34,1 milyard manat, qeyri-ərzaq malları isə ümumi məbləğin 28,1 milyard manatını təşkil edib.
Rəy yaz