İyulda istehlak mallarının qiymətləri 1,7% ucuzlaşıb
İyulda istehlak mallarının qiymətləri iyuna nisbətən 1,7% ucuzlaşıb, deyə Dövlətstatkom bildirir.
Müşahidələrə əsasən, iyulda ərzaq və qeyri-ərzaq mallarının qiyməti iyun səviyyəsində qalıb. Ay ərzində əhaliyə xidmət tarifləri 0,7% ucuzlaşıb.
İyulda ərzində mal ətinin, balıq məhsullarının, kərə yağının, mövsümi meyvə və tərəvəzin qiymətlərində ucuzlaşma, düyünün, buğda ununun, toyuq ətinin, makaronun, yulaf və arpa yarmasının, yumurtanın, şabalıdın, limonun, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.
Azərbaycanda apreldə başlayan deflyasiya dörd aydır davam edir.
Ekspertlərə görə, inflyasiya səviyyəsi çoxdan hökumətin əlində iqtisadi sabitlik göstəricisi kimi istifadə edilən siyasi spekulyasiya alətidir. 2008-2012-ci illərdə istehlak qiymətlərinin alternativ hesablanması göstərib ki, inflyasiyanın real səviyyəsi DSK-nın dediyindən bir neçə dəfə çoxdur. --08D--
-
- Foto sessiyalar
- 6 Avqust 2015 01:59
-
- İqtisadiyyat
- 6 Avqust 2015 11:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz