İyulda istehsalatla əlaqəli 11 bədbəxt hadisə qeydə alınıb
Rəsmi məlumata görə, istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı azalıb. İyulda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən 11 hadisə qeydə alınıb (ötən ilin iyulu ilə müqayisədə mənfi 48%).
Nazirliyin məlumatına görə, bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 4 nəfər, xəsarət alanların sayı isə 8 nəfər təşkil edib.
2013-cü ildə Xidmət istehsalatla əlaqəli 155 bədbəxt hadisə qeydə alıb. Bədbəxt hadisələr nəticəsində 71 nəfər dünyasını dəyişib. Burda tikinti, hasilat sənayesi və nəqliyyat liderlik edir.
Statistikanın böyük hissəsi hesaba alınmır, təşkilat və müəssisə rəhbərləri zərər çəkənlər və onların yaxınları ilə razılığa gəlir ki, hesabat yaxşı olsun. Bədbəxt hadisələrin kütləviliyinə səbəb əmək qanunvericiliyinə əməl edilməməsidir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz