![İyun ayinda təkrar mənzil bazarinda qiymətlər sabit qalib](https://turan.az/resized/media/2012/main/070500004678-750-500-resize.webp)
İyun ayinda təkrar mənzil bazarinda qiymətlər sabit qalib
İyun ayında paytaxtda və eləcədə respublikanın digər böyük şəhərlərinin Təkrar Mənzil Bazarında (TMB) qiymətlər sabit olaraq qalıb.“Əmlak Bazarı İştitakçıları” İctimai Birliyinin hesablamalarına görə hal-hazırda mənzillərin orta qiymət indeksi təxminən 1 kv/m üçün-976 ABŞ dolları təşkil edir. İyun ayı ötən aylara nisbətən bazardakı aktivliyin nisbətən aşağı düşməsi və bağlanan əqdlərin dinamikasındada azalma hallarının müşahidə edilməsi ilə xarakterizə olunmuşdur. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayоnlarının təklif pоrtfеlindəki payı ötən aylarda olduğu kimi mütləq çохluq təşkil еdib və onların ümumi payı 75%-dən daha yuxarı olmuşdur. İyun ayında otaqlar üzrə vəziyyət ötən aylardakı kimi qalmış, 4 və 5 otaqlı mənzillərin sayında azalma qeydə alınmışdır. Təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Ay ərzində mənzillər üzrə orta göstərici otaq üzrə 2,79, hər otağın orta satış qiyməti 44201 ABŞ dolları, mənzilin orta qiyməti isə 111104 ABŞ dolları təşkil edib.
TMB-da vasitəçi kimi çalışam mütəxəssislər son iki ayda bazardakı aktivliyin azalmasını əsasən ev almaq istəyənlərin azalması ilə əlaqələndirirlər. Ekspertlər eyni zamanda TMB-da qiymətinin hələdə normal bazar qiymətlərindən baha olduğunu qeyd edirlər. Yaxın günlərdə TMB-da sabitliyin davam edəcəyi proqnozlaşdırılır.
-
- İqtisadiyyat
- 5 İyul 2012 17:40
İqtisadiyyat
-
Azərbaycanın korporativ sektoru, əməkdaşları qiymətləndirmək üçün uyğun bir sistem yaratmalıdır. PASHA Holding-in icraçı direktoru Cəlal Qasımov, Bakıdakı İnsan İnkişafı Forumunda çıxış edərək, əməkdaşların yalnız nəticələrə əsaslanaraq qiymətləndirilməsindən daha irəli getməyin vacibliyini vurğulayıb.
-
Azerbaycanın Xəzər dənizində yerləşən Azeri Central East (ACE) platformasının istifadəyə verilməsi 2024-cü ildə BP üçün mühüm mərhələ olub, BP-nin CEO-su Murray O'Kinkloss 11 fevralda şirkətin 2024-cü il üzrə hesabatını təqdim edərkən belə deyib.
-
Orta Korridor (Transkaspiyalı Beynəlxalq Nəqliyyat Marşrutu, TMTM) boyunca yüklərin daşınması 2024-cü ildə rekord 3,3 milyon ton təşkil edib ki, bu da illik 20%-lik artım deməkdir, deyə Beynəlxalq “Transkaspiyalı Beynəlxalq Nəqliyyat Marşrutu” Assosiasiyasının Baş Katibi Xeydar Abdikəlimov bildirib.
-
Azərbaycanın milli aviadaşıyıcısı AZAL və İsrailin El Al aviaşirkəti kod-şer razılaşması çərçivəsində yeni tərəfdaşlıqlarını elan ediblər, bu da hər iki aviaşirkətin sərnişinlərinə birgə reyslərdən yararlanmaq imkanı verəcək, şirkətlər bazar günü verdikləri bəyanatda bildiriblər.
Rəy yaz