İlham Əliyev Avropa ilə qaz əməkdaşlığına tərəfdardır
Azərbaycan Avropa İttifaqı ilə enerji əməkdaşlığına tərəfdardır və Xəzərin karbohidrogen ehtiyatlarının dünya və Avropa bazarına çatdırılması təşəbbüsünü irəli sürən ilk ölkədir. Bunu Aİ Şurasının prezidenti Herman van Pompeylə görüşün sonunda prezident İlham Əliyev deyib.
Əliyevin sözlərinə görə, Azərbaycan bundan sonra da Avropadan olan tərəfdaşlartın enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edəcək.
Azərbaycanın yeni yataqları və TANAP kəmərinin əhəmiyyətindən danışan Əliyev deyib ki, bu layihələr onilliklər, bəlkə də, yüzillliklər üçün hesablanıb.
Qarabağ münaqişəsinə toxunan Əliyev Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirmədiyini vurğulayıb. -06D-
-
- Cəmiyyət
- 5 İyul 2012 17:25
-
- İqtisadiyyat
- 5 İyul 2012 17:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz