İyunda "Chartis Azerbaijan" şirkətində ümumi yığıncaq keçiriləcək
"Chartis Azerbaijan" şirkətinin rəhbərliyi səhmdarların ümumi yığıncağını çağırır.
Press-relizdəq eyd edilir ki, tədbir iyunun 28-də şirkətin ofisində olacaq. Səhmdarlar ötən ilki fəaliyyəti müzakirə edəcək, bu il üçün prioritetləri müəyyən edəcəklər.
Tənzimlənən və icazə iqtisadiyyatı səbəbindən dünyanın iri sığorta şirkətlərindən birinin nümayəndəliyi qabaqcıl texnologiyalarla belə ən yaxşıların onluğuna düşə bilmir – ötən il şirkət 1,79 mln manat – liderdən 25 dəfə az mükafat toplayıb. Mükafatların çoxu (1,64 mln) təkrar sığortaya verilib.
Chartis Azerbaijan yerli bazarda 1999-cu ildən xidmət göstərir. Əvvəl onun əvəzinə törəmə strukturu AIG (American International Group) qeydiyyata alınmışdı.
İndi 49% Amerika kapitallı şirkətin yerinə 100% xarici kapitallı Brintaniya şirkəti fəaliyyət göstərir (15 oktyabr 2010-cu ildə qeydiyyata alınıb) və 10 sığorta növü üzrə xidmət edir. Şirkətin nizamnamə kapitalı 6 mln 785 min manatdır. --17D—
-
- Cəmiyyət
- 16 May 2013 15:16
-
- İqtisadiyyat
- 16 May 2013 15:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz