«Kapital Bank»ın aktivləri il ərzində 1 mlrd manat artıb
2016-cı ildə “Kapital Bank”ın aktivləri 1 mlrd manat artaraq 3 mlrd 96,7 mln manata çatıb, deyə bankın auditdən keçirilməmiş maliyyə hesabatında bildirilir.
İl əzrində müştərilərə verilən kreditlər 14,8% artaraq 2017-ci il yanvarın 1-i üçün 1 mlrd 167 mln manat olub. “Kapital Bank”ın aktivlərinin (1 mlrd 467,1 mln manat) yarısı AMB və başqa banklarda yerləşdirilib. Eyni zamanda, bu aktivlər təxminən 6 dəfə artıb. Bu isə onu göstərir ki, bu bank da iqtisadi böhran üzündən vəsaitlərin yerləşdirilməsində çətinlik çəkir.
Ötən il “Kapital Bank” ASC-nin müştərilərinin depozitləri 791 mln manat artaraq 2017-ci il yanvarın 1-i üçün 1 mlrd 916 mln manata çatıb.
2016-cı ildə bankın gəlirləri 336,4 mln manat olub. Bank mümkün itkilər üzrə 66 mln manat ehtiyat yığıb. Mənfəət vergisi çıxılandan sonra (15,9 mln manat) bankın xalis mənffəti 52 mln 384 min manat təşkil edib. Bu, 2015-ci ildəkindən 9,5 mln manat azdır.
“Kapital Bank” ASC-nin nizamnamə kapitalı 185 mln manatdır. O, “Pasha Holding” qrupuna daxildir, Bankın səhmlərinin 99,87%-i bu qrupa məxsusdur. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz