Kassa dövriyyəsi kəsiri dörd ayda 129 mln manat olub
2012-ci ilin yanvar-aprelində bankların kassalarına ümumi mədaxil 9,304 mlrd manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5% çoxdur.
Daha çox payı xarici valyuta satışı təmin edib – 33,5%. Mal satışı 16,4%, kreditlər üzrə mədaxil 8%, bankomatlar vasitəsilə mədaxil 5,5%, xidmət və işə görə mədaxil 4%, əmlak alınan zaman notarial hesablara mədaxil 4%, depozit hesablarına mədaxil 3,5% və s. paya malik olub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, kassa dövriyyəsinin kəsiri 129 mln manat (apreldə +61 mln manat) təşkil edib. Nağd pul xərcləri hesabat dövründə 9,434 mlrd manat olub. Bu, ötən ilin eyni dövründəkindən 35,7% çoxdur. Ümumi xərclərdən 28,8% bankomatların pulla təchizatı ilə bağlı xərclər, 27,2% mal və xidmət xərcləri, 10,7% xarici valyuta alışı xərcləri, 6,3% kreditlər üzrə ödəniş, 5,4% əmlak əqdləri üzrə notarial hesablardan xərclər, 3,5% depozit hesabından ödənişlər və s. olub.
4 ayda kassa qalığı 274 mln manat olub. Bu, həmin dövrdəki mədaxilin 3%-dir.
Yanvar-apreldə günlük nağd pul mədaxilinin orta həcmi 76,89 mln manat, xərclər 77,96 mln manat olub. --15B--
-
- Sual-cavab
- 7 İyul 2012 12:27
-
- Siyasət
- 7 İyul 2012 12:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz