Kənd təsərrüfatı istehsalı 3,4% artıb
Bu ilin I rübündə Azərbaycanda kənd təsərrüfatı istehsalının həcmi 629,3 mln manat təşkil edib. Bu, sabit qiymətlərlə ötən ilin eyni dövründəkindən 3,4% çoxdur. ÜDM strukturunda kənd təsərrüfatı istehsalının xüsusi çəkisi 2,4%-dən 3%-ə artıb.
Heyvandarlıq məhsulları 5,9% artıb. Diri çəkidə 110 min ton ət (+2,5%), 426,9 min ton süd (+4,3%) və 390,1 mln yumurta (+5,1%) istehsal edilib.
Aprelin 1-i üçün iribuynuzlu mal-qara sayı 2,7 mln baş (+0,2%), qoyun və keçi sayı 8,7 mln baş (1,6%) olub.
Kreditlər quşçuluğa müsbət təsir edir. I rübdə diri çəkidə 16,6 min ton quş əti (+5%) və 176,3 mln yumurta (+8,6%) istehsal edilib. 08D
-
- Siyasət
- 17 Aprel 2015 15:56
-
- İqtisadiyyat
- 17 Aprel 2015 16:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz