Kənd təsərrüfatı istehsalı 4,9% artıb
Bu ilin 9 ayında Azərbaycanda kənd təsərrüfatı istehsalı 4,4 mlrd manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 4,9% çoxdur.
Dövlətstatkomun məlumatına görə, heyvandarlıq məhsulları istehsalı 5,5%, bitkiçilik məhsulları istehsalı 4,3% artıb.
Yumurta istehsalı 1 mlrd ədədi (+15,1%), süd istehsalı 1,38 mln tonu (+6,6%) keçib. Ət istehsalında sabitlik var: ilin əvvəlindən diri çəkidə 358 min ton ət istehsal olunub. Bu, ötən ilin eyni dövründəkindən 3,8% çoxdur. DSK-un verdiyi məlumata görə, bu il diri çəkidə 49,2 min ton quş əti və 409 mln ədəd yumurta istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə mal-qara sayı 1% artıb. Ölkədə 2 728 min iribuynuzlu, 8 771 min qoyun və keçi var.
Bu il dənli və dənli-paxlalı (qarğıdalı istisna) bitkilərin əkin sahəsi 3,9%, məhsul 5% artıb və 2 619 min tona çatıb. Oktyabrın 1-i üçün 145,5 min ton qarğıdalı yığılıb. Bu, ötən ilin eyni dövründəkindən 1,3% çoxdur. Həmçinin 17,7 min ton günəbaxan toplanıb.
Bu il kartof istehsalı 3,7% artaraq 948 min tona çatıb. Tərəvəz istehsalı məhsuldarlıq (1 ha-dan 151 sentner, plyus 1 s) hesabına artıb və oktyabrın əvvəli üçün 1 137,8 min ton olub. Bostan bitkiləri də artıb: əkin sahəsinin 1,4 min ha azalmasına baxmayaraq, məhsuldarlıq 1 ha-dan 8 s olmaqla 427 min ton məhsul yığılıb (+0,7%). --08D—
-
- İqtisadiyyat
- 21 Oktyabr 2013 15:02
-
- Siyasət
- 21 Oktyabr 2013 15:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz