Kənd təsərrüfatı məhsulu istehsalı artıb
Dövlətstatkoma görə, 1 oktyabr üçün Azərbaycanda şəkər çuxunduru, qarpız, qovun istisna olmaqla bitkiçilik məhsulları istehsalı artıb.
Dənli, dənli-paxlalı bitkilərin və kartofun yığımı başa çatıb. Qarğıdalı nəzərə alınmadan 2 762,5 min ton dənli bitki və 948 min ton kartof yığılıb. Buğdanın taxıl istehsalında xüsusi çəkisi 70% olub.
Ötən il fermerlər maliyyə itkisinə məruz qaldığı üçün bu il bostan məhsulları azalıb. Qarpız və qovun yığımı 424,5 min ton olub. Bu, ötən ilkindən 10,5% azdır.
Şəkər çuğunduru sahəsi iki dəfə azalıb. Oktyabrın əvvəli üçün şəkər çuxunduru istehsalı həcmi 46,6 min ton olub. Bu, ötən ilin eyni dövründəkindən 35% azdır. Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsinin rəisi Sabir Vəliyev Turan-a bildirib ki, “Azersun Holding” sahənin inkişafına diqqət yetirmir və xammalı fermerlərdən çox ucuz alır. Ona görə fermerlər bu sahəyə maraq göstərmir.
DSK-ya görə, 1 oktyabr üçün Azərbaycan fermerləri 1 136,7 min ton tərəvəz istehsal edib. Bu, ötən ilin eyni dövründəkindən 0,7% çoxdur. Meyvə istehsalı 516 min ton (+10,3%), üzüm istehsalı 100 min ton (+22,2%) olub.
-
- İqtisadiyyat
- 9 Oktyabr 2012 17:22
-
- Siyasət
- 9 Oktyabr 2012 18:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz