Kənd Təsərrüfatı Nazirliyi toxum təmizləmə avadanlığı alıb
Bakı/15.09.17/Turan: Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankının "Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi" layihəsi çərçivəsində toxum təmizləmə avadanlığı alıb. Avadanlıq Əkinçilik Elmi Tədqiqat İnstitutuna verilib. İnstitut ölkə regionlarında toxumların təmizlənməsi üzrə 6 məntəqə yaradacaq.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Turan-a bildiriblər ki, bir məntəqənin gücü saatda 2 ton toxum təmizləməyə, çəki, ölçü və formasına görə çeşidləməyə imkan verir.
Toxum təmizləmə məntəqələri Əkinçilik Elmi Tədqiqat İnstitutunun işlərində keyfiyyəti yüksəldəcək.
Məntəqələr özəl toxum yetişdirən fermerlərə də xidmət göstərəcək.08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz