- İqtisadiyyat
- 15 Avqust 2012, 17:00
- 233
Kənd Təsərrüftaı Nazirliyi də ehdis.az portalının iştirakçısı oldu
Kənd Təsərrüftaı Nazirliyi elektron hökumət portalının üzvü olub. Hökumət informasiyasının dispetçeri “Kənd Təsərrüftaı Nazirliyi pəncərəsi”ndə istifadəçilərə iki funksiya təqdim edir: vətəndaşların müraciətlərinin və cins mal-qara və yüksək məhsuldar bitki sortu almaq istəyənlərin sənədlərinin qəbulu.
Əvvəllər "Е-hökumət" portalına nazirliklər, komitələr, agentliklər, başqa qurumlar (cəmi 24) qoşulub. İlin sonuna kimi buraya daha 10 qurum qoşulacaq. Onların bir qismi artıq bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib.
"Е-hökumət" vacib alətdir. Onun köməyi ilə vətəndaşlar konkret informasiyalar əldə edə bilərlər. Elektron xidmətlərin böyük hissəsi «vahid pəncərədə» təqdim edilir. Hələlik xidmət sayı 120-dən çoxdur. Gələcəkdə onların sayı 300-ə çatacaq.
Bundan başqa, abonentlərinn elektron imzaya malik olması portalın bütün xidmətlərinə çıxış imkanı yaradacaq. Təkcə portalda “qeydiyyatda” olan qurumların əməkdaşları yox, bütün vətəndaşlar abonent olacaq. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz