- İqtisadiyyat
- 20 Avqust 2014, 15:54
- 143
Kiçik sahibkar Antiinhisar Xidmətinin hədəfində
"Yevlax-Qida" MMC-nin fəaliyyətində çoxlu nöqsanlar aşkarlanıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin saytında bildirilir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müəssisədə markalanmasında düzgün olmayan məlumatlar verilməklə və digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal olunduğu müəyyən edilib.
Yoxlama zamanı həmçinin müəssisədə pivə istehsalının gigiyenik sertifikat, reseptura və texnoloji təlimat olmadan həyata keçirildiyi, istehsal olunan pivələrin etiketində qida və enerji dəyəri barədə məlumatların verilmədiyi, normativ-texniki sənədin nömrəsinin düzgün göstərilmədiyi, habelə məhsulun istifadə müddətinin heç bir normativ sənədə əsaslanmadan müəyyən edildiyi aşkar olunub.
Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Yevlax-Qida" MMM barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Amma bu Xidmət inhisarçılara qarşı heç vaxt tədbirlər görməyib. –17D—
-
- İqtisadiyyat
- 20 Avqust 2014 15:45
-
- İqtisadiyyat
- 20 Avqust 2014 16:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz