KİV-də liderlik edən şirkətlər müəyyən edilib
MC&S-in media monitorinq qrupu aprel ayında electron, çap və başqa KİV-də şirkətlərin populyarlığı üzrə hesabatı təqdim edib.
Mətbuat üçün açıqlamada deyilir ki, monitorinq 5 sektor üzrə aparılıb. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (878 məlumat), banklar arasında ABB (1056 məlumat), sığorta şirkətləri arasında AXA MBASK (155 məlumat), ali məktəblər arasında BDU (1069 məlumat), otel və biznes mərkəzləri arasında Fairmont Baku (125 məlumat) irəlidədir.
Qeyd edək ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunur. Şirkətin media monitorinq qrupu 10 televiziya, 55 çap və 170 on-line media daxil olmaqla 215-dən çox mənbəni izləyir. Şirkət başqa (enerji-yanacaq, ərzaq, tibb, içki, avtomobil və sair) biznes sahələri üzrə də monitorinq aparır.
Monitorinqin nətcələri barədə müfəssəl məlumatla şirkətin FB səhifəsində tanış olmaq mümkündür:
-
- Siyasət
- 1 May 2015 17:17
-
- Söz istəyirəm
- 1 May 2015 17:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz