Kiyev Bakıya nəqliyyat dəhlizi layihəsini təqdim edib
Ukrayna Azərbaycana beynəlxalq "Baltik dənizi-Qara dəniz-Xəzər dənizi" nəqliyyat dəhlizinin yaradılması haqqında saziş layihəsini təqdim edib. Bu barədə cümə günü Ukraynanın Regional İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ölkə baş nazirinin müavini Gennadi Zubkonun sözlərinə görə, nəqliyyat dəhlizi bir neçə yük marşrutunu birləşdirir və regionda daşımaların kompleks inkişaf strategiyasının formalaşdırılmasına şərait yaradacaq.
Bundan başqa, Kiyev və Bakı arasında "İpək yolu" layihəsi üzrə əməkdaşlıq davam edir, belə ki, Ukrayna - Gürcüstan - Azərbaycan - Qazaxıstan - Çin marşrutu üzrə konteyner qatarının sınaq reysinin nəticələri bu daşımaların texniki və texnoloji imkanlarını sübut edib.
İyunun 23-də məlum olub ki, Çin "İpək yolu iqtisadi kəməri"nə - Uzaq Şərq, Mərkəzi Asiya və Avropanı birləşdirəcək olan layihəyə 15 milyard dollar investisiya etməyi planlaşdırır. -02D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz