Köhnə SOCAR NEZ-in sökülməsi 2019-cu ildən tez olmayacaq
SOCAR gələn il “Azərneftyağ” NEZ-in sökülməsinə başlamağı planlaşdırmır.
SOCAR-ın vitse-prezidenti Davud Məmmədov deyib ki, buna ehtiyac yoxdur.
“Ötən ilin əvvəlindən “Azərneftyağ” NEZ və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu hüquqi cəhətdən birləşdirilib. Hazırda “Azərneftyağ” NEZ-in ləğv edilməsi davam edir. Proses 5 ilə başa çatacaq”, - deyə SOCAR-ın vitse-prezidenti qeyd edib.
Onun sözlərinə görə, indi NEZ-in sökülməsinə başlamaq planlaşdırılmır. Bu məsələyə 2-3 ildən sonra baxıla bilər.
SOCAR-da Turan agenyliyinə izah ediblər ki, “Azərneftyağ” NEZ-də hazırda bitum istehsalı qurğusu işləyir. H. Əliyev adına Bakı Neft Emalı Zavodunda bitum istehsalı qurğusu modernləşmədən sonra 2018-ci ilin ortalarında istismara veriləcək. Yeni qurğu 4-5 ay test rejimində işləməli, 2019-cu ildə “Azərneftyağ” NEZ avadanlığın sökülməsi və ərazinin təmizlənməsi üçün işini dayandırmalıdır.—0--
-
- İqtisadiyyat
- 13 Aprel 2016 11:30
-
- Sual-cavab
- 13 Aprel 2016 11:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz