Kommersiya banklarının Mərkəzi Banka borcu 865.5 mln manatdır
Martın əvvəli üçün kommersiya banklarının aktivləri ilin əvvəlinə nisbətən 1 mlrd 020,3 mln manat və ya 3,2% azalaraq 30 mlrd 419,2 mln manat olub.
Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, hesabat dövündə bankların öhdəlikləri 6% azalaraq 27 mlrd 772,7 mln manat olub.
Bankların kapitalı 38,7% artaraq 2 mlrd 646,6 mln manat təşkil edib.
Kommersiya banklarının Mərkəzi Banka borcu 865.5 mln manatdır (49% azalma).
Bankların xalis mənfəəti 50 mln manatdır.
Əhalinin bank əmanətləri 7 mlrd 084,3 mln manat təşkil edir.
Bankların filiallarının sayı 563, şöbələrinin sayı 135, ATM-lərin sayı 2,462-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,662 nəfər təşkil edir. 71D
-
- İqtisadiyyat
- 5 Aprel 2017 12:51
-
- Mədəniyyət
- 5 Aprel 2017 13:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz