Koreya hökuməti ilə kredit sazişi imzalanıb
Maliyyə naziri Samir Şərifov martın 11-də “Pirşağı Çirkab Su Təmizləyici Qurğusu” layihəsinin tikintisi üçün 43,5 milyon ABŞ dolları həcmində kredit alınması barədə saziş imzalayıb. Koreya tərəfdən sənədi Koreya Respublikasının Azərbaycandakı səfiri Çoy Sukin imzalayıb.
Maliyyə Nazirliyinin məlumatında deyilir ki, krediti Koreyanın İxrac-İdxal Bankının İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondu ayırıb. Kredit ilk 10 ili güzəştli olmaqla 40 ilə, illik 0,2 faizlə ayrılıb.
Ümumi dəyəri 60 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan tərəfi maliyyələşdirəcək
Layihə çərçivəsində qəsəbədə məhsuldarlığı sutkada 40 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. Ən son texnologiya əsasında inşa olunacaq çirkab sutəmizləyici qurğuda təmizlənmiş sudan suvarma məqsədləri üçün istifadə olunacaq.
2011-ci ilin oktyabrında “Azərsu” və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üzrə saziş imzalayıb. Qrantın məbləği 26,18 milyon dollardır. Layihədə 2 ədəd su anbarı, nasos stansiyası, 24,8 kilometr uzunluğunda müxtəlif diametrli su, 24,8 kilometr uzunluğunda kanalizasiya xətti çəkilməsi nəzərdə tutulub. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz