KPMG «Bank Standard»ın aktivlərinin qiymətləndirilməsi üçün cəlb edilib
Əmanətlərin Sığortalanması Fondu ləğvetmə mərhələsində olan “Bank Standard” QSC-nin aktivlərinin qiymətləndirilməsi üçün yerli KPMG şirkətini cəlb edib.
Turan-ın məlumatına görə, KPMG ləğvetmə prosesinin şəffaflığının təmin edilməsi məqsədi ilə cəlb olunub.
“Bank Standard” 4 oktyabr 2016-cı ildə müflis elan edilib. Ləğvedici Əmanətlərin Sığortalanması Fondudur.
KPMG Azərbaycan KPMG Avropanın, yəni Rusiya, MDB ölkələri, Almaniya, İngiltərə, İsveçrə, Hollandiya, İspaniya, Belçika, Türkiyə, Norveç, Lüksemburq və Səudiyyə Ərəbistanının audit, vergi və hüquq, məsləhət xidməti praktikalarını əhatə edən KPMG Europe LLP-nin (KPMG ELLP) tərkibinə daxildir. D71
-
- İqtisadiyyat
- 9 Fevral 2017 17:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz