TANAP vaxtında yekunlaşacaq – İ.Əliyev
İlham Əliyev cümə axşamı Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müllerlə TANAP layihəsinin maliyyələşdirilməsi məsələlərini müzakirə edib.
Əliyev DB-nin “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsinə maliyyə dəstəyini yüksək qiymətləndirib və qeyd edib ki, TANAP vaxtında yekunlaşacaq.
* TANAP qaz kəməri və onun Avropaya uzanan qolu TAP qaz kəməri layihəsinin əsas məqsədi Avropaya qaz nəqlinin təhlükəsizliyini artırmaq, Rusiyanın qaz tədarükçüsü kimi payını azaltmaqdır. TANAP-ın dəyəri 10-11 mlrd. dollar olaraq qiymətləndirilir. Vəsaitin bir hissəsini Dünya Bankı ayırıb.
İlk qaz nəqlinin əvvəlcə 2018-ci ildə Türkiyəyə, daha sonra 2019-cu ildə Avropaya həyata keçirilməsi planlaşdırılır. Yeni qaz kəmərinin birinci mərhələdə buraxılış qabiliyyəti təxminən ildə 10 milyard kubmetr olaraq dəyərləndirilir. Gələcəkdə həcmin ildə 20 milyard kubmetrə qədər genişləndirilməsi imkanı var. -02D-
-
- İqtisadiyyat
- 9 Fevral 2017 16:04
-
- Siyasət
- 9 Fevral 2017 17:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz