Kredit kartları ilə əməliyyatlar 2,3 dəfə artıb
Azərbaycan banklarının dövriyyədə olan aktiv plastik kartlarının sayı 2013-cü ilin iyulunda 74 min ədəd artaraq 5375 minə çatıb. İllik artım 11,8% olub.
Yanvar-iyulda kart sahibləri 5645 mln manatlıq 37139 min əməliyyat keçiriblər. Ödənişlərin ümumi sayı 15,5%, onların həcmi 15,6% artıb. Kredit kartları ilə əməliyyat sayı 2,3 dəfə artaraq 4816 min, dövriyyə 59,5% artaraq 895 mln manat olub. Kart əməliyyatlarının əsas hissəsi yenə bankomatların payına düşüb – 4721 mln manatlıq 29385 min tranzaksiya. Bunun 98,7%-i nağd pul çıxarılması əməliyyatıdır.
Kartlara 2368 bankomat və 36388 POS-terminal vasitəsilə xidmət göstərilib. İl ərzində birincilərin sayı 7,9% artıb, ikincilərinki 0,4% azalıb.
1 avqust 2013-cü il üçün Bakıda 1336 АТM və 32470 POS-terminal qurulub. Xidmət sahəsi obyektlərində 35003 POS-terminal fəaliyyət göstərir, onların 31658-i Bakıdadır. --15В--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz