Kreditlərin beşdə dördü Bakının payına düşür
İlin I yarısında banklar Bakıdan olan müştərilərə 14 mlrd 89 mln 39,6 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə +5,7%) kredit verib.
AMB-nin məlumatına görə, banklar paytaxtda kredit verməyə üstünlük verir İyunun sonu üçün kreditlərin 84,1%-i Bakının payına düşüb. Vaxtı keçmiş kredit həcmi 736 mln 927 min manat və ya paytaxt kreditlərinin 5,23%-i qədər olub.
Daha məqbuı kredit dərəcəsi (13%) Bakı üçün xasdır. Respublika üçün orta dərəcə 14,3%-dir. Xarici valyuta ilə kreditlər 13,4%-lə verilib.
Paytaxtda uzunmüddətli və qısamüddətli kreditlərin nisbəti belədir: 2 mlrd 988 mln 497,9 min manat və 11 mlrd 100 mln 541,7 min manat. Manatla uzunmüddətli kreditlər 12,4%, xarici valyuta ilə 13,2% olub.
İyulun 1-i üçün regional kreditlər 2 mlrd 665 mln 757,3 min manat (+26,9%) təşkil edib. Banklar Aran iqtisadi rayonunda 928 mln 853,3 min manat (illik 21,5%) Abşeron iqtisadi rayonunda 537 mln 841,6 min manat (19,2%), Gəncə-Qazax iqtisadi rayonunda 353 mln 283 min manat (22,3%) və Lənkəran iqtisadi rayonunda 281 mln 332,9 min manat (23,6%) kredit verilib. --17D—
-
- Söz istəyirəm
- 7 Avqust 2014 14:57
-
- Cəmiyyət
- 7 Avqust 2014 15:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz