Kredo Bank nizamnamə kapitalını 38,14 mln manat səviyyəsində ödəyib
"Kredo Bank" ASC-nin 1 mln manat məbləğində səhmləri Bakı Fond Birjasında yerləşdirilib.
Nominalı 10 min manat olan 3 min adi sənədli adlı səhmin emissiyası ötən ilin oktyabrında qeydiyyata alınıb. Birjanın məlumatına görə, bütün səhmlər iki əqd çərçivəsində (iki investor) satılıb. Anderrayter ""Chelsi Kapital" MMC-dir.
Bu günə elan edilən emissiyanın 57,7%-i (17,3 mln manat) yerləşdirilib.
Qanunvericiliyə əsasən, səhmlərin yarısı yerləşdirilərsə, emissiya baş tutmuş sayılır.
Beləliklə, ödənilmiş nizamnamə fondu 38,14 mln manata çatıb. Bankın səhmdarları 11 fiziki və 2 hüquqi şəxsdir. --15B--
-
- İqtisadiyyat
- 6 May 2013 13:48
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz