«Kredobank» ASC-də səhm yerləşdirilməsinin nəticələri qeydiyyata alınıb
Maliyyə Bazarlarına Nəzarət Palatası (https://goo.gl/UlqyEg) Kredobank” ASC-də səhm yerləşdirilməsinin nəticələrini qeydiyyata alıb.
Bankdan Turan-a verilən məlumata görə, səhmdarlar emissiya edilən nominalı 10 000 olan 3000 səhmdən 2266-nı alıb. Emissiyada 14 səhmdardan 9-u iştirak edib. Səhmdarlar sırasına daha bir xarici investor – Avstriyanın “Veno Investment GmbH” şirkəti daxil olub. O, yeni buraxılışdan 3,8% səhm əldə edib.
Beləliklə, bu gün dövriyyədə “Kredobank” ASC-nin 7320 ədəd səhmi var. Bankın nizamnamə kapitalı 73,2 mln. manata çatıb.
Bu, bankın sonuncu kapital artımı deyil. Avqustun 15-də səhmdarlar nizamnamə kapitalını müzakirə etmək üçün növbədənkənar yığıncaq keçirəcək.
“Kredobank” ASC 1994-cü ildə yaradılan “Anar Bank” ASC-nin varisidir. Bank Vəkilovlar ailəsinin 6 üzvünə məxsusdur. Müşfiq Vəkilov 13% səhm sahibidir. Bundan başqa, Səhmdarlar sırasında Almaniyadan iki şirkət (“Buchholz Asset Management GmbH” və “West Europe İnvestment GmbH”, bir neçə yerli şirkət (“Karat A”, “Demirchi group”, “Kroun Plaza”, “Aran Company” və “Diplomat Plaza”) var. 08B
-
- Siyasət
- 12 İyul 2016 12:54
-
- İqtisadiyyat
- 12 İyul 2016 13:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz