Lənkəran iqtisadi rayonunda kreditlər 24,1%-lə verilir
İlin I yarısında daha yüksək kredit faizi Lənkəran iqtisadi rayonunda olub (24,1%, kredit həcmi 293 mln 427,4 min manat).
Mərkəzi Bankın (AMB) məlumatına görə, kommersiya bankları aşağıdakı regionlarda hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verir: Aran iqtisadi rayonunda 835 mln 237,4 min manat (orta faiz dərəcəsi illik 23%), Abşeron iqtisadi rayonunda 640 mln 937 min manat (19,4%), Gəncə-Qazax iqtisadi rayonunda 744 mln 662,7 min manat (19,7%), Lənkəran iqtisadi rayonunda 293 mln 427,4 min manat (24,1%) həcmində kredit verilib.
2015-ci il iyulun 1-ə regionlarda banklar tərəfindən müştərilərin kreditləşmə həcmi 3 mlrd 310 mln 72,2 min manat (artım 5,2 %) təşkil edib.
Paytaxt sakinləri liderdir – Azərbaycanda bankların Bakıda müştərilərin kreditləşdirilməsi üzrə portfeli 10,3% - 16 mlrd 978 mln. 390,6 min manatadək artıb. Bakıda orta faiz dərəcəsi 11,8% olub. Bakıda borcalanların vaxtı keçmiş kreditlərinin həcmi 1 mlrd115 mln 156,3 min manat və ya paytaxtda verilmiş bütün kreditlərin 6,6%-ni təşkil edib.
Bakıda manatla 9 mlrd 142 mln 704,3 min manat, xarici valyuta ilə 7 mlrd 835 mln 686,3 min manat kredit verilib. Bakıda milli valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi orta hesabla 12,4%-ə, xarici valyuta ilə 11,2%-dir. --17D—
-
- Cəmiyyət
- 12 Avqust 2015 15:15
-
- İqtisadiyyat
- 12 Avqust 2015 17:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz