- İqtisadiyyat
- 12 Avqust 2015, 17:16
- 201
QKDK iki maliyyə strukturunun emissiyasını baş tutmamış elan edib
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “EvroBank” və “Buta Sığorta”nın səhmlərinin buraxılışını baş tutmamış hesab edib.
Bu maliyyə strukturlarının qiymətli kağız buraxılışı emissiya prospektində göstərilən həcmdə olmaması ilə bağlı baş tutmamış sayılıb. Qeyd edək ki, bu yaxınlarda qəbul edilən “Qiymətli kağızlar bazarı haqqında” qanuna əsasən, emissiya prospektində göstərilən həcmdə və ya memorandumda göstərilən qədər yerləşdirilməyəndə qiymətli kağız buraxılışı baş tutmamış hesab edilə bilər. Buna qədər QK-ın 50%-i yerləşdirmək kifayət edirdi.
“EvroBank” ASC bu ilin yanvarında nizamnamə kapitalını 50 mln manata çatdırmaq üçün 39 mln manat həcmində səhm emissiyası elan etdi. Yerləşdirmə 6 aya başa çatmalı idi. AMB iyulun 10-da “EvroBank” ASC-nin lisenziyasının ləğv edilməsi barədə qərar qəbul etdi.
2014-cü ilin martında “Buta Sığorta”nın 4 mln manat məbləğində səhm emissiyası həyata keçirildi. Yerləşdirməyə 1 il vaxt ayrıldı. Amma QKDK yalnız indi “Buta Sigorta”nın uğursuz yerləşdirməsi barədə məlumat verir. BU sığorta şirkətinin səhmləri “NAB Group of Companies” şirkətinə daxil 4 kommersiya təşkilatına, eləcə də “Bank of Baku” (19%) ASC-yə məxsusdur. NAB “Bank of Baku”da 40% səhm sahibidir. -08D-
-
- İqtisadiyyat
- 12 Avqust 2015 15:41
-
- Siyasət
- 12 Avqust 2015 17:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz