Lisenziyalı hotel və turist şirkətlərinin siyahısı açıqlanıb
Mədəniyyət və Turizm Nazirliyi 2013-cü ilin dekabrında turist yerləşdirilməsi və turist xidməti fəaliyyəti üçün lisenziya alan sahibkarlıq subyektlərinin siyahısını açıqlayıb.
Ötən ay 10 turizm şirkətinə yeni lisenziyalar verilib. Bakı, Şəki, Lənkəran, Mingəçevir, Xaçmaz və başqa şəhər və rayonlarda 10 hotel və mehmanxana tipli obyektə lisenziya verilib. Onların sırasında: "Qafqaz Park Hotel", "Relax", "Malibu" və başqa istirahət mərkəzləri var.
Dövlətstatkoma görə, 2013-cü ilin əvvəli üçün 170 turist şirkəti və 514 mehmanxana və mehmanxana tipli başqa obyekt lisenziya alıb.
Mədəniyyət və Turizm Nazirliyi nadir dövlət qurumlarındandır ki, sahibkarlıq subyektlərinə verilən lisenziyalar barədə informasiyanı açıqlayır. --08D—
-
- İqtisadiyyat
- 7 Yanvar 2014 12:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz