Lotereya biznesi çiçəklənir
Dövlət lotereya inhisarçısı “Azərlotereya” ASC-nin mənfəəti 24,8% artıb, deyə 2013-cü il üçün maliyyə hesabatında bildirilir.
Ötən il şirkətin xalis mənfəəti 2 mln 210,2 min manat, əsas əməliyyat gəlirləri 26 mln 935 min manat olub. Əməliyyat gəlirləri 36% artıb.
İl ərzində 26 194 750 ədəd tirajlı və ani lotereya bileti satılıb. İki ani lotereyanın satışdakı payı 4%-dir. Biletlərin 30%-i elektron formada satılıb.
Ümumi qiyməti 2 mln 345,7 manat olan 177 minik avtomobili udulub.
Şirkətin xərcləri də artaraq 25,5 mln manata çatıb. “Azərlotereya”nın xərc strukturu bir qayda olaraq, açıqlanmır. Yalnız dövlət büdcəsinə vergi ödənişi və sosial ayırmalar barədə məlumat verilir. 2013-cü ildə şirkətin vergi ödənişi 188,5 min manat artaraq 894,2 min manat olub. 2011-ci ildə vergi ayırmaları 730 min manat təşkil edib.
Lotereya oyunlarının analizi göstərir ki, bu biznesdə inkişaf var. Amma ötən illərin rekorduna qalıb. 2007-ci ildə şirkətin gəlirləri 32 mln 625.2 min manat, vergi ödənişləri 4 mln 453,3 min manat idi.
“Azərlotereya” ASC-dən başqa, “Azinteltek” MMC də oyunlar keçirir. Bu inhisarçı www.topaz.az platforması ilə bukmeyker kontoru finksiyası yerinə yetirir, maliyyə hesabatı, o cümlədən dövlət büdcəsinə ödənişləri açıqlamır. Bir sıra məlumatlara görə, 510 satış məntəqəsi olan (Bakıda 339) bu kontorun xidmətindən 100 min nəfər varlanmaq istəyən şəxs istifadə edir. --08D—
-
- İqtisadiyyat
- 7 Avqust 2014 20:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz