Maaşa işləyənlərin sayı 0,22% azalıb
Aprelin 1-i üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 507 min nəfər olub. Hökumətin hər ay 10 min yeni iş yerinin açılması və işsiz sayının 5%-ə düşməsi barədə bəyanatlarına baxmayaraq, son 12 ayda muzdla çalışan işçilərin sayı 0,22% azalıb.
Dövlətstatkoma görə, yanvarın 1-i üçün Azərbaycanda 1 516,1 min muzdla çalışan işçi olub. Bu, aprelin 1-dəkindən 9,1 min nəfər çoxdur.
Maraqlıdır ki, Azərbaycanda muzdla çalışan işçilərin sayı sabit qalır: son iki ildə onların sayı 27,6 min artıb. Həmin rəsmi məlumata görə, bu dövrdə ölkə iqtisadiyyatında məşğul əhalinin sayı 144 min nəfər artıb.
Dövlət əsas işəgötürəndir: aprelin 1-i üçün dövlət müəssisələrində və büdcə təşkilatlarında 879,2 min nəfər çalışıb. Bu, ötən ilin aprelindəkindən 21,5 min və ya 2,4% azdır. Həmin dövrdə qeyri-dövlət bölməsində fəaliyyət göztərənlərin sayı 18,1 min və ya 1,03% artıb. Son 24 ayda özəl sektorda 44,8 min nəfər işə qəbul edilib. 08B
-
- Siyasət
- 13 May 2015 13:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz