Malena Mard: «TAP üzrə ilk qaz İtaliyaya 2020-ci ildə daxil olacaq»
“Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi Avropa İttifaqı üçün əsas prioritetdir. Bunu bu gün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə deyib. Bunun sayəsində 2020-ci ildə “Şahdəniz” yatağından İtaliyaya ilk qaz daxil olacaq.
O qeyd edib ki, mayın 17-də Saloniki şəhərində “Cənub” qaz dəhlizinin bir hissəsi olan TAP qaz kəmərinin (Transanadolu qaz kəməri) tikintisinə başlanması mərasimi keçiriləcək.
Mard həmçinin deyib ki, Azərbaycan Aİ-nin iri ticarət tərəfdaşıdır və qarşılıqlı əmtəə dövriyyəsi və investisiyaların artırılmasında maraqlıdır. 16D-
-
- Siyasət
- 11 May 2016 13:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz