Maliyyə Nazirliyi 13 mln manat cəlb edib
Noyabrın 8-də Bakı Fond Birjasında hərrac zamanı Maliyyə Nazirliyi 364 gün tədavül müddəti olan 15 mln manatlıq istiqrazları tam yerləşdirib.
BFB-nin məlumatına görə, 6 investor 34 mln məbləğində 13 sifariş verib. Hərrac nəticəsində nominalı 100 manat olan istiqrazlar 87 manat 7 qəpik orta ölçülmüş qiymətlə satılıb. Başqa sözlə, gəlirlilik illik 14,97% olub.
Əvvəlki (25 oktyabr) gəlirlilik15,03% olub.
Qeyd edək ki, DQİ-lər diskontdur. Maliyyə Nazirliyi 15 mln manat yerləşdirib 13 mln 71,3 min əldə edir. İlin sonunda investorlar öz 15 mln manatını geri alır. 08D
-
- İqtisadiyyat
- 10 Noyabr 2016 10:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz