British Airways aviaşirkətinin Azərbaycan nümayəndəliyi bağlanıb
“British Airways Plc.” şirkəti noyabrın 9-da Azərbaycan nümayəndəliyini bağladığını elan edib. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
British Airways Azərbaycanda 2012-ci ildən işləyib. Ondan başqa Azərbaycanda 2000-ci ildən British Meditererranean Airways Limited şirkətinin filialı da fəlaiyyət göstərir. London-Bakı marşrutu ilə uçuşları isə British Midland International aviaşirkəti həyata keçirirdi.
AZAL-da Turan-a bildiriblər ki, hazırda Bakı-London-Bakı istiqaməti üzrə uçuşları yalnız AZAL həyata keçirir. Reyslər həftədə 4 dəfə (bazar ertəsi, çərşənbə, cümə, şənbə) həyata kçeirilir. İki tərəfə biletin minimal qiyməti 925 manatdır.
Bakıdan Londona çarter reysləri Turkish Airlines, Lufthansa, Aeroflot vəs şirkətlər həyata keçirir. 08B
-
- İqtisadiyyat
- 10 Noyabr 2016 10:29
-
- İqtisadiyyat
- 10 Noyabr 2016 10:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz