Maliyyə Nazirliyi bu il 700 mln manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır
Maliyyə Bazarlarına Nəzarət Palatası yanvarın 27-də 700 milyon manatlıq emissiyanı dövlət qeydiyyatına alıb.
İlk tranş (15 mln manat) fevralın 3-də birjada yerləşdirilib. İstiqraz buraxılışı haqda informasiya fevralın 7-də verilib.
MBNP-nin məlumatına görə, Maliyyə Nazirliyi hər birinin nominal dəyəri 100 manat olan 6 milyon ədəd qısamüddətli və eyni nominallı 1 mln ortamüddətli istiqrazlar yerləşdirməyi planlaşdırır.
Maliyyə Nazirliyində Turan-a bildiriblər ki, bu ilin I rübündə o, 6 tranşla investorlara 80 mln manat məbləğində istiqrazlar təklif edəcək.
Bakı Fond Birjasının məlumatına görə, 2016-cı ildə Maliyyə Nazirliyi DQİ yerləşdirmək hesabına 421,5 mln manat cəlb edib.
Dövlət qiymətli kağızları dövlət büdcəsinin kəsirini örtmək üçün buraxılır. 08D
-
- Siyasət
- 8 Fevral 2017 12:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz