Maliyyə Nazirliyi bu il ilk dəfə DQİ partiyası yerləşdirib
Fevralın 3-də keçirilən hərracda tədavül müddəti bir il olan dövlət istiqrazlarının gəlirliliyi 1,1% azalıb.
Bakı Fond Birjasının məlumatına görə, Maliyyə Nazirliyi 15 mln manat məbləğində DQİ-ni tam yerləşdirib. İnvestorlar istiqrazların alınması üçün 41 mln manat məbləğində sifariş verib.
Alınan QK üçün investorlar 12 mln manatdan çox vəsait ödəyib. Nominal qiymət 100 manat, orta ölçülmüş qiymət 84,64 olub.
Bu, 2017-ci ildə DQİ yerləşdirilməsi üzrə ilk hərracdır. Hələlik Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ildə DQİ emissiyasının parametrlərini açıqlamayıb.
MBNP-nın məlumatına görə, ölkədəki kommersiya banklarının aktivlərinin 1,3%-i qiymətli kağızların (414,6 mln manat) payına düşür. 08D
-
- İqtisadiyyat
- 6 Fevral 2017 12:23
-
- İqtisadiyyat
- 6 Fevral 2017 13:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz